Müğənni Ayan Babakişiyeva efirdə ağlayıb.
OLAY yazır ki, “Günün sədası” proqramında qonaq olan ifaçı onu incidənlərdən danışarkən göz yaşlarını saxlaya bilməyib:
“Həyatımda elə bir dövr oldu, elə bir şey gördüm ki, dedim, daha məni heç kim təəccübləndirə bilməz. Yad səni niyə incitsin ki? Onun səni incitməyi canını ağrıtmaz. Amma sevdiyin, dəyər verdiyin, canını fəda etdiyin insanlar səni incidə biləndə... Deyirsən ki, bu adam canımı ağrıda bilir. Onun qarşılığında göstərirsən ki, travma almadım, yaşayıram, ayaqdayam.
Bilirsiz, yara qabıq qoyur, bir az toxunanda qanayır. İstəsəm də, istəməsəm də onlar məni mütləq görəcəklər. Məndə qisas hissi olmayıb, intiqamım yaşamağımdı, ayaqda qalmağımdır. Çətin dövrlərdən keçsəm də, övladımı xoşbəxt böyütdüm. Onu heç bir tərəfə nifrət hissi ilə böyütmədim, çünki övladlar xahiş etmir ki, məni dünyaya gətir. Onu dünyaya gətirirsənsə, vətənə psixologiyası yerində bir şəxsiyyət yetişdirməlisən. Bu gün övladım çox xoşbəxtdir. Məni efirə zəng edib tapşıran olmadı, özüm “cırmaqladım””.