Bəstəkar-müğənni Murad Arif növbəti dəfə fikirləri ilə diqqət çəkib.
OLAY yazır ki, bu barədə o, “Yanar saat” radio verilişində danışıb. Murad deyib ki, lider ulduzluq yalnızlıq gətirə bilər:
“Özünü o həyatın içinə ataraq şəxsidə problemlər yaşaya bilərsən. Mən olduğum yerdə xoşbəxtəm, həyatımda nəyisə dəyişmək istəmirəm. Lider ulduz olmaq üçün isə... Tarkanın bir ifadəsi var idi, deyirdi ki, zirvələr yalnızlıq gətirir. Bu doğru və anlaşılan fikirdir. Mən bütün vaxtımı sənətə və səhnəyə xərcləmək istəmirəm, insanın müəyyən şəxsi həyatı olmalıdır. Bəzi adamlar şəxsi həyatın üstdən xətt çəkir, özünü sənətə fəda edir. Fikrimcə, bu yanlış seçimdir. Özü elə xoşbəxtdirsə, olsun”.