Vüsalə Əlizadə aparıcılıq etdiyi “7 canlı” verilişində Əməkdar artist Zakir Əliyevdən şikayətlənib.
OLAY yazır ki, o, proqramda qonaq olan Z. Əliyevə üzünü tutaraq qızının toyuna dəvət etməməsinin səbəbini soruşub.
“Bu qədər əziyyət çəkirəm, bir dəfə zəng edib demədi ki, Vüsalə xanım, qızıma toy edirəm, sən də gəl. Amma yüz illərlə kiminsə yadına düşmürsə, o adamların verilişinə gedə bilmirsə, çağırmırlarsa, həmin adamlar o toyda var idi. Bunu indiyə qədər deməmişdim. Təki xeyir iş olsun”, - deyə, Əlizadə qeyd edib.
Xanəndə isə qız-oğlan toyunun birlikdə keçirildiyi üçün çox adamı dəvət edə bilmədiyini söyləyib.
Qeyd edək ki, məclis oktyabrda baş tutub.