Aparıcı Zaur Baxşəliyev növbəti açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, Zaur “Bizimləsən” verilişində vəzifədə olan şəxslərlə bağlı fikrini bölüşüb.
“Rayonda, ya da şəhərdə çalışan olar ki, onun səviyyəsi layiq olmadığı yerdə oturan vəzifəli adamdan 1000 dəfə yüksəkdə dayansın. Səviyyə vəzifə ilə ölçülmür. Vəzifə bir hökmdür. Təəssüf ki...
Səni təyin edirlər ki, xidmətdə olasan. İstər aparıcı, istər nazir, istər deputat olsun. İnsanlar vəzifəyə xalqına, millətinə, onun işini əhatə edəcək bütün sahələrdə xidmət etməkdən ötrü gəlir. Bu xidmətdir”, - deyə, Zaur bildirib.