Əməkdar artist Bəsti Bəkirova açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, müğənni “Həyat tərzi” verilişində qonaq olarkən Şəbnəm Tapdıq və bir vaxtlar onunla eşq yaşadığı deyilən Xalq artisti Sərxan Sərxan haqqında danışıb.
Bəkirova efirdən üzünü Sərxana tutaraq bu fikirləri qeyd edib:
“Sərxan, sən mənim neçə illik dostumsan. Ay Sərxan, gəl apar bu Şəbnəmi. Bilirəm, sən də orada təksən. Bilirəm ki, sənin ürəyində olan xanım Şəbnəmdir. Səndən xahiş edirəm, bu qalan ömrünü bu gözəl xanımla keçir. Gəl bunu apar, bizim canımız qurtarsın. Moskvadadır, eşidir məni. Bakıya gələndə onunla görüşmüşük, demişəm ki, o qızı al. Sən də təksən, o da”.
Verilişdə qonaq olan Tapdıq isə əlini başına tutaraq, “Bu nə deyir? Biabır olduq, bəsdir. Bunu montaj et, getsin”, - deyə, etiraz edib.