Müğənni Mina Hüseyn ilk dəfə bıçaq altına yatıb.
OLAY yazır ki, sənətçi bədən şəkilləndirmə əməliyyatı keçirib. Bu barədə o, “MTV maqazin” verilişinə müsahibəsində danışıb.
Mina bildirib ki, onun bu addımı atmasına səbəb ətrafdakı insanların müğənninin kilolu olması haqda dediyi fikirlərdir:
“İnsanlar mənimçün deyirdi ki, sən toppuşsan… Çox xətrimə dəyirdi, narahat olmağa başladım və əməliyyat olmağa qərar verdim. 65 kilo çəkidəyəm, 58 olmaq istəyərdim”.
İnstaqramda post paylaşan M. Hüseyn vəziyyətinin hazırda yaxşı olduğunu qeyd edib.