““Eltilər” serialını çəkdik, çox gülmüşəm. Ağıla sığmaz reytinqlər verirdi, şənbə günü yayımlanan “Qız atası” serialını da keçmişdik. Ölkədə birinci olduq. Sonra xəbər çıxdı ki, reytinqlər dəyişib, yeni sistem gəlib”.
OLAY yazır ki, bu sözləri “Xəbər-ətər” proqramında aktyor və prodüser Elməddin Cəfərov deyib. O, ötən il işi ilə bağlı yaranan uğursuzluqlardan danışıb:
“Televiziyada da 2000-ci ildən bəri reytinq sistemi dəyişmir. Yeni sistemə öyrəşdik, özümüzü toparladıq. Birdən Dünya Çempionatı başladı. Özü də saat 7-də yayımlanırdı. Portuqaliyanın oyunu bizimlə eyni vaxtda yayımlanırdı. Sonda da finalı ilə üst-üstə düşdü. Bir ay öz canımla əlləşdim ki, özüm də futbolu sevirəm. Amma eyni vaxta düşür. Fransa Argentina oynayır, kim mənə baxar? Özüm də o oyuna baxdım. Şirkətdə problem yox idi. Daxili sıxıntım mövcud idi”.