Xalq artisti Məleykə Əsədova sənət yoldaşı Xalq artisti Niyaməddin Musayev haqqında danışıb.
OLAY yazır ki, bu barədə sənətçi Musayevlə birlikdə qonaq olduqları “Söhbət var” verilişində danışıb.
Əsədova ifaçının domino oyununda cığallığından bəhs edib.
“Bilirsiniz, Niyaməddin müəllim domino oynayır. Oyunda dəhşət cığaldır. Altı qoşaları altında gizlədir, özü də pulla oynayır. Adamı elə inandırır ki, qalırsan belə… Sakit-sakit, ciddi-ciddi özünü inandırır… Adam bütün əsəb xəstəliyinə tutulur. Elə xəbərsiz gizlədir ki…”, - deyə, aktrisa bildirib.