Bir müddət əvvəl işsizlikdən gileylənən model-aktyor Rüstəm Cəbrayılov növbəti dəfə açıqlama verib.
OLAY yazır ki, o, son illərdəki fəaliyyəti və sənəti ilə bağlı “MTV xəbər”ə danışıb. Rüstəm deyib ki, nə qədər çalışsan da, kino sahəsində inkişaf olmur:
“10-15 il çalışırsan, bu sahə inkişaf etmir. Nə dəstək olan var, nə də bir ümid. Ona görə bu sahənin başını buraxmaq, uzaqlaşmaq lazımdır. Öz istedadıma bacarığıma, talantıma güvənirəm. İnanıram ki, bu, Allahın verdiyi bir istedaddır. Mən də onu təcrübəmlə, işlərimlə inkişaf etdirmişəm. Düşünürəm ki, bu, istedad mənə aiddir, digərlərində yoxdur.
Hər insanda beyin, ürək var, amma onun işləmə tərzi mövcuddur. Fikrimcə, universitet oxumaq lazımsız bir şeydir. Aktyorluq üzrə 4 il təhsil almaq vaxt itkisidir. Aktyorluqda ən vacib şeylərdən bəziləri modellikdə mövcud olduğu üçün bu işə başlayanda çətin olmadı. Hər filmdən sonra bir az təcrübə yığırsan, özünü görürsən. Nəticə yaxşı çıxır. Lakin Azərbaycanda iki-üç ildən bir kino çəkildiyi üçün bir işdə yığdığın təcrübəni digərinə qədər unudursan. Sıfırdan başlayırsan. Həmçinin qonorar azdır. Qırıla-qırıla aktyora az məbləğ çatır”.