Əməkdar artist Elnarə Abdullayeva və həyat yoldaşı Elxan bəy evlilikləri haqda danışıb.
OLAY yazır ki, onlar bu barədə “Günün sədası” verilişində söz açıb.
Elxan bəy xanımı haqda “Etiraf göz önündədir, iki gül kimi övladımız var… Allah hamısını qorusun”, - deyə, bildirib.
E. Abdullayeva isə “O mənim həm dostum, həm də sirdaşımdır. Kaş bütün insanlar Elxan kimi qəlbi təmiz, imanlı, vicdanlı olsun. Bütün gənclərə çətinlikləri bizim kimi keçməyi arzulayıram. Bunu ilk dəfə deyirəm, Elxan o qədər söz başa düşəndir ki… Mən davakaram, o isə yox”, - deyə, fikirlərinə əlavə edib.