Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişində Xalq artisti Məleykə Əsədovaya ünvanladığı sual sənətçini əsəbiləşdirərək özündən çıxarıb.
OLAY yazır ki, Elgiz aktrisadan “Gözəl, cavan xanımsız. Niyə ərə getmirsiz?”, - deyə, soruşub.
Əsədova isə onun sözlərinə etiraz edərək bu fikirləri qeyd edib:
“Neçə vaxtdır ki, Elgizi fikir götürüb. Deyir ki, necə olacaq bunun axırı? Evdə özüm boyda qızım var. Yenidən ailə həyatı qurmaq barədə düşünmürəm. Qızım ailə qurandan sonra həyat yoldaşı ilə dünya turuna çıxsa, mən də onlarla, nəvələrimlə birlikdə gedəcəm”.
Xatırladaq ki, aktrisanın Gülər adlı bir övladı var.