“Cənab Prezidentin ad günündə irəvanlılarla, qərbi azərbaycanlılara görüşündən sonra içimizdə bir ümid yarandı, inamımız daha da artdı. Həmişə onlara ümidlə deyirdi ki, bir gün gələcək öz torpağınızda, elinizdə görüşəcəyik. Yəqin ki, bu, olacaq”.
OLAY yazır ki, bu sözləri “ATV səhər”ə “SOY” prodakşının rəhbəri Oqtay Əliyev deyib. O, ata-baba yurdunda qayıtmaq istədiyini söyləyib:
“Feysbukda İrəvan ermənisi ilə yazışırdım. O, iddia edirdi ki, siz İrəvan, Zəngəzur deməklə, sizin torpaqlar deyil. Bir kəlmə söylədim ki, mən irəvanlıyam, İrəvan xanının nəslindənəm. Sən mənə İrəvanda bir qədim erməni abidəsi, tarixi məkan göstər, deyim ki, orada yaşamısan. Azərbaycan dilində danışanda sənə tərs-tərs baxırdılar. Orada uşaqlıq və gənclik dövrü maraqlı idi.
Bizim öz məhəlləmiz vardı, hamısı azərbaycanlılar idi. O məhəllənin öz adətləri mövcud idi. Həm türkləri, azərbaycanılıları bəyənmirdilər, həm də Azərbaycan üçün “ölürdülər”. Məsələn, axşam 5-dən 6-a qədər erməni radiosunda Azərbaycan dilində veriliş gedirdi. Çox istərdim ki, biz ora qayıdaq, öz torpağımıza gedək. Həqiqətən də hər bir irəvanlı üçün bu, vacib bir məsələdir”.