Aktrisa Mətanət Eres açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi “Bir axşam səhnədə” verilişində qonaq olarkən rejissorların estetiksiz aktrisa tapmaqda çətinlik çəkdiyini bildirib.
Bu haqda o, internet serialı olan “Sevgisizlər” layihəsinə seçilməsindən danışarkən qeyd edib:
“Onlar məni çox gözlədilər. Yayda axtarıb yazdılar. Onda mən uşağın müalicəsiylə bağlı Türkiyədə idim. Gəldikdən sonra görüşdük. Soruşdum ki, niyə mən? Kim bu qədər gözləyər? Rejissor dedi ki, mən elə bir adam tapa bilmirəm ki, çəkim. Hamı estetiklidir. Rejissorlar çətinlik çəkir”.