Zaur və Günay Baxşəliyevlər Xalq artisti Flora Kərimovanın evində qonaq olub.
OLAY yazır ki, sənətçinin qızıldan bəzədilmiş tavanı olan evi “Zaurla Günaydın” verilişində nümayiş olunub.
“Bu evdə həm sevincim, həm də göz yaşım olub. Burada Faiqi (həyat yoldaşı Faiq Şəfiyev – red) yola salmışam. Yasa gələnlər otururdular orada, mebellərimi cızırdılar. Bilmirəm niyə? Çox şey edirdilər. Sonra baxırdılar, evdə nəyisə qoltuqlarına vurub aparırdılar, oğrayırdılar”, - deyə, Kərimova qeyd edib