“Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin anonsu yayımlanıb.
OLAY yazır ki, 6 yanvarda ekrana gəlməsi gözlənilən yarışmanın ilk fraqmenti İctimai TV tərəfindən təqdim edilib.
Qeyd edək ki, format dəyişikliyinə gedən layihədə jüri kürsüsündə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Aşıq Samirə) və müğənni İlqar Xəyal əyləşib.