“Səs Azərbaycan - Doğma nəğmələr” müsabiqəsinin münsifləri bəlli olub.
OLAY-ın əldə etdiyi məlumata görə, yeni sezonda jüri kürsüsündə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Aşıq Samirə) və müğənni İlqar Xəyal əyləşəcək.
Qeyd edək ki, çəkilişləri başlayan layihədə iştirakçı seçimləri davam edir.