Aktyor Elşən Orucov müğənni Nadir Qafarzadəyə söz atıb.
OLAY yazır ki, o, “Fəlidən doğru xəbər” verilişində qonaq etdiyi Nadirin illər əvvəl qalmaqal yaradan açıqlamasına eyham vurub. “Flora xanım dünyada yeganə müğənnilərdəndir ki, səsi 4 oktavadır, sənin də 4 otaqlı evin var. Fərq necədir? Yaşamaq olur?”, - deyə, “Fəlakət” soruşub.
Nadir isə “Azdır, çatmır” cavabını verib. Bunun ardınca Orucov “Bəs, 1 oktavalı səslə soyuducu dolur?” sualını Qafarzadəyə ünvanlayıb. “O sənin fərasətinə baxır. Elə adam var ki, oktavadan xəbəri yoxdur, amma soyuducusu doludur”, - deyə, ifaçı bildirib.
Qeyd edək ki, Nadir illər əvvəl “kitab oxuyursuz” sualına cavab kimi “Gedək professor da “xaladelnikini” açsın, mən də, görək kiminki doludur?” demişdi.