“Nə edirsən bu qədər pulu? Onun altından çıxmaq, arxasında durmaq var. Məni bir günlük maliyyə naziri qoysalar, bir dəqiqəyə ölkəni çökdürərəm. Xəbəriniz olsun, bu qabiliyyət məndə var. Kim bacarar? Heç kim”.
OLAY yazır ki, bu sözləri “Zaurla Günaydın” verilişində Xalq artisti Aygün Kazımova deyib. O bildirib ki, yalnız ziyanlı şeylərə xəsislik edir:
“Bir günə bütün pulu xərcləyərəm. Min konsert edərəm. Kosmonavtlar gələr. Mən ziyanlı şeylərə xəsisəm. Məsələn, gedirəm pencək almağa, ondan başqa hər şey alıram. Deyirlər, bəs pencək almağa gəlmişdik. Deyirəm, siz bilmirsiz, bu, mütləq nə vaxtsa bizə lazım olacaq”.