Uzun müddət əvvəl xərçəngə tutulan qarmon ifaçısı Gülbahar Şükürlü yenidən kimyaterapiya qəbuluna başlayıb.
OLAY yazır ki, bu barədə “Həmin Zaur” proqramında aparıcı Zaur Kamal məlumat verib. O bildirib ki, sənətçinin maddi durumu da yaxşı deyil:
“Gülbahar Şükürlü xəstələnib. İstəmir ki, bu məsələni açıb ağardaq. Lakin ona kömək etmək lazımdır. Yusif Mustafayevə, Manaf Ağayevə, Türkan Vəlizadəyə zəng etdim. Şəbnəm (Şəbnəm Tovuzlu) səni də yığdım, hə dedin. Allah heç kəsi xəstəliyə, dara salmasın. Tək insan yatağa düşəndə, öləndə yanında olmaq lazımdır? Hər bir anında dəstək olmaq gərəkdir. Biz o pulu yığıb verəcəyik. Hazırda kimyaterapiya qəbul edir, 2-3 minə qədər pul lazımdır. Mənə vəziyyəti dedi, söylədim ki, car çəkəcəm, müğənni dostlarımız kömək edəcək”.