Əməkdar artist Elza Seyidcahan bir neçə ay öncə barışdığı Xalq artisti Nazpəri Dostəliyevanın evinə yollanıb.
OLAY yazır ki, hadisə Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Günaydın Azərbaycan” verilişində baş verib.
Seyidcahanı qapıda görən Dostəliyeva “Biz düşmən deyilik, kolleqayıq, üz-üzə gəlirik. Həmişə mənə əziz olub”, - deyə, qeyd edib.
Xatırladaq ki, Rəqsanə İsmayılovanın oğlunun kiçik toyunda barışan sənətçilər illər əvvəl münsif olduqları “Azərbaycanın səsi” yarışmasında qalmaqal yaşamışdı.