Əməkdar artist Vasif Məhərrəmlinin bacısı Leyla Məhərrəmova uzun illər birlikdə yaşadığı qardaşının evindən ayrılmasından danışıb.
OLAY yazır ki, o, bu haqda “ATV səhər”ə müsahibəsində deyib.
Sənətçinin bacısı Vasifin yoldaşının onlarla bir evdə yaşamasına imkan vermədiyini bildirib:
“Onlarla birlikdə yaşayanda işləmişəm, əməyim də olub. İnsan nə qədər ağılsız olar ki, isti yerini soyudar. Burda bir səbəb axtarırıqsa, elə başa düşürəm ki, o evdə artıq idim. Yerlərini dar elədim. İnsan hiss edəndə ki, orada artıqdır və lazımsızdır, özü sakitcə çıxıb getməlidir. Vasifin həyat yoldaşı istəmirdi. Qızı da Vasifi də buna alət elədi. 35 illik haqqımı onların heç birinə halal etmirəm”.