Xəstəxanaya yerləşdirilən Xalq artisti Aftandil İsrafilov kritik vəziyyəti geridə qoyub.
OLAY yazır ki, bu barədə qarmon ifaçısının qızı Həcər “Xəzər axşamı” verilişinə telefon zəngi ilə qoşularaq bildirib.
“Şükür, kritik vəziyyətdən çıxmışıq, yaxşıyıq. Bu iki həftə ərzində çox pis halda idi. Həkimlər onun üzərindən çəkilmədilər. Düzdür, çətinliklər var, müalicə davam edir. Ancaq indi özü danışır, söhbət edir, fincanını tutur, yeyir. Allahın izni ilə daha yaxşı olar”, - deyə, o qeyd edib.