“Mən muğamdan və xalq mahnılarından küsməmişəm. Elə məclislərdə oluram ki, orada muğam, xalq mahnıları, bəstəkar əsərləri ifa edirəm”.
OLAY yazır ki, bu sözləri “Səhərin səsi” verilişində müğənni Gülay Zeynallı deyib. O bildirib ki, estrada mahnıları ilə yanaşı muğam da oxumağa davam edir:
“Sənətimi çox sevirəm. Zamanında müəllimim, Xalq artisti Arif Babayev dedi ki, hər janrda oxu, sənə ustadın kimi icazə verirəm. Şükür allaha mənim küskünlüyüm yoxdu. İlk addımlarımda, tar-kamança, qavalla gəlmişəm. Qavalda yaxşı ifa edirəm. Verilişdə canlı ifa şəraiti olsun, canla-başla oxuyarıq. Mən saatlarla el şənliklərində canlı oxuyuram. Proqramlarda olmasa da, tədbirlərdə canlı ifalar səsləndirirəm”.