Əməkdar artist Manana Çaparidze adının hekayəsindən danışıb.
OLAY yazır ki, məşhur müğənni bu barədə “Söhbət var” proqramında qonaq olarkən deyib.
Manana bildirib ki, xalası ölüm döşəyində olarkən bu adı ona verib: “Çox kədərlənib əhvalımızı pozmaq istəmirəm. Lakin danışım. Anam mənə hamilə idi. Xalam xəstə idi, valideynimi yanına çağırdı. Gürcüstanda çox populyar olan bir filmin adını mənə qoymaq istədiyini bildirdi. Xahiş etdi ki, qız övladı olsa, adını Manana qoyun. Adımın mənası “Göylərdən verilən vergi” deməkdir”.