Xalq artisti Faiq Ağayev illərdir konsert təşkil etməməsindən danışıb.
OLAY yazır ki, sənətçi bu haqda “Space maqazin” verilişinə müsahibəsində deyib.
“Pandemiya bizim planlarımızı çox dəyişdi və 3 il konsertsiz qaldım. Bu mənim üçün ən böyük cəzalardan biridir. Ümid edirəm ki, 2023-də tamaşaçıları ənənəyə uyğun olaraq dekabrda başıma toplayıb, solo konsert keçirəcəm”, - deyə, Faiq bildirib.