Xalq artisti Vidadi Həsənov geyimlə əxlaqın ölçülməsindən danışıb.
OLAY yazır ki, sənətçi bu haqda “Açıq söhbət” verilişində qonaq olarkən söz açıb.
V. Həsənov bildirib ki, insanın tərbiyəsiz olduğunu üzünə baxdıqda anlayırsan:
“Vulqarca, özünü, hansı sənətin sahibi olduğunu göstərmək istəyirsə, əlbəttə, ona baxacaqsan, bilinəcək ki, kimdir? Həm də insanın həyat tərzi əvvəl-axır onun üzünə yansıyır. Tərbiyəsiz həyat sürən insanın üzünə baxırsan, görünür, gizləmək mümkün deyil… Gənclik səhv etmək dövrüdür. Biz isə həmişə deyirik ki, sən onu etmə, belə et. Biz onlara imkan verməliyik ki, yanlış edə-edə doğrunu bilsinlər”.