Xalq artisti Aygün Səmədzadə instaqram paylaşımlarından bəhs edib.
OLAY yazır ki, bu barədə o, “Bir axşam səhnədə” verilişində qonaq olarkən söz açıb. Bəstəkar deyib ki, paylaşımlarında yazdıqlarına diqqət edir:
“İnsanlar müəyyən yerə qədər birgə addımlayır. Birinin sürəti o birindən çox olanda digərləri sevinmək əvəzinə səəbləşirlər. Yeriməyi öyrətdiyimiz insanların önə çıxması bizim inkişafımızdır. Düşünürəm ki, kiməsə nəsə öyərdiriksə, bizdən öndə olmalıdır. Deyilsə, deməli, inkişaf yoxdur.
Həmin paylaşımda da yeriməyi öyrətdiklərimizi nəzərdə tutmamışam. Şəkil paylaşırsan, fikirləşirsən buna nə yazım? Deyirəm, nəsə yazacam, deyecəklər mənə söz atdı. Ona görə də paylaşılan şəkildəki paltarın rənginə uyğun ürək emojisi qoyuram”.