Aktyor İbrahim Çingiz “Yuxu kimi” serialından ayrılması ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Zaurla Günaydın” proqramında danışıb. İbrahim ekran işindən çıxma səbəbi ilə bağlı geniş məlumat verməsə də, bu sözləri bildirib:
“İnsan yaxşı yerdən heç vaxt getmir. Sadəcə bunu deyə bilərəm”.
Qeyd edək ki, İbrahim sentyabrda instaqramda açıqlama yayaraq yorulduğu üçün layihədən ayrıldığını demişdi.
Onu da xatırladaq ki, aktyor həmin serialda 2019-cu ildən çəkilirdi. Layihədə onun xanımı Aydan Axundzadə də yer alır.