Olay
Olay

İbrahim “Yuxu kimi”dən getdi

İbrahim “Yuxu kimi”dən getdi

Aktyor İbrahim Çingiz “Yuxu kimi” serialından ayrıldığını açıqlayıb.

OLAY yazır ki, ATV-də yayımlanan ekran işində Akşin obrazına həyat verən sənətçi gərgin iş rejimi və Akademik Rus Dram Teatrındakı fəaliyyətinin məhdudlaşması ilə bağlı bu addımı atdığını söyləyib.

O, yeni mövsümdən tamaşalarda oynayacağını, həmçinin serial və filmlərlə bağlı təklifləri dəyərləndirəcəyini bildirib:

“Bu gün “Yuxu kimi” serialında sonuncu çəkiliş oldu. Bir müddət sonra Akşini görməyəcəksiniz. Teatrımızda yeni tamaşa qurulur, getməyimin səbəbi odur. Gərgin iş qrafiki, anormal rejim məni çox yormuşdu. İstirahətə ehtiyacım var idi. Buradan Rövşən İsax və komandasına uğurlar arzu edirəm. Seriallarının bol reytinqi olsun. Mən yoluma davam edirəm, yeni təkliflərə də açığam!”.

Qeyd edək ki, Rövşən İsaxın ekranlaşdırdığı “Yuxu kimi” serialı 2019-cu ildən çəkilir. Layihədə İbrahimin həyat yoldaşı Aydan Axundzadə də yer alır.