Xalq artisti Gülyanaq Məmmədovanın həyat yoldaşı Ziya bəy evində çəkiliş olmasına icazə verməyib.
OLAY yazır ki, bu barədə “Zaurla günaydın” proqramında qonaq olan sənətçi ilə aparıcı Zaur Baxşəliyev məlumat verib. Zaurun sözlərindən məlum olub ki, Məmmədovanın mənzilində çəkiliş qrupu ilə qonaq olmaq istəyib, lakin onun həyat yoldaşı buna qarşı çıxıb.
“Mən hələ Ziya ilə danışacam. Sənin evində bir adam olar, orada Ziya qapı açar, hansısa televiziyadan evinizə gələrlər...” sözlərinə G. Məmmədova “Nə vaxt gəlsəz, qapım, süfrəm açıqdır. Amma kamera ilə yox. Həyat yoldaşım sevmir, mən də onu qaydanı qoruyuram. İstəmir evində kamera olsun, deyir ki, sənin sənətin maraqlaıdır insanalara, sözün var efirdə danış”, - deyə, bildirib.