Müğənni Xatirə İslam canlı efirdə ağlayıb.
OLAY yazır ki, “Günün sədası” proqramında qonaq olan sənətçi həyat və yaradıcılığı ilə bağlı süjeti izlədikdən sonra göz yaşlarını saxlaya bilməyib:
“Bir az kövrəldim. Mən dəyişməmyə çalışıram. Süjet məni tərpətdi. İslam müəllimi ( Xalq artisti İslam Rzayev - red.) gördüm. Çoxdandır belə olmurdum. İllər tez keçdi. Mən Mədəniyyət və İncəsənət Universitetində İslam müəllimdən dərs almışam, ondan sonra da 4 il fərdi dərs deyib. Onun sinifinə qəbul olunmamış, mənə fərdi dərs demədi. Sanki mənim öz evim kimi idi, orada bir paltarım vardı. İnsan öz evinə gedəndə necə geyimini dəyişib, mətbəxə keçir. Eynən elə.
Paltarımı dəyişirdim, yemək isidib yeməyimi yeyirdim. İslam müəllim gözəl insan idi. O, dünyasını dəyişənə qədər yanında olmuşam. Klinikada da yanında idim. Heç vaxt kiminsə arxasınca danışmayıb, həmişə deyəndə ki, belə söyləyirlər, deyirdi, bu şeylərə vaxt ayırma. Qalmaqalı sevmirdi. Onun susduğu məqamlar çox idi. Onda şou proqramları yeni çıxmışdı. Bir də görürdüz, mən də əsəbləşirdim, söz-söhbət olurdu. Deyirdi, bu, o vaxt da var idi, sadəcə çox işıqlandırmırdılar. İndi mənim evimdə bişirdiyim yeməyi 10 milyon adam bilir. Onun yubileyində sürpriz etmişdim, ona kitab hazırlatmışdım. Tədbirdə dedi ki, istəyirəm, bundan sonra sənə desinlər, Xatirə İslam. Biz çox doğma olmuşuq”.