Daha bir qazimiz “Səs Azərbaycan” layihəsinə qatılıb.
OLAY yazır ki, Murad Bayramlı adlı iştirakçı müsabiqədə “Nazəndə sevgilim” mahnısını ifa edib. Onun çıxışına Xalq artistləri-Brilliant Dadaşova və Tünzalə Ağayeva bəyənərək geri dönüblər. Murad yarışmaya Bakıdan qatıldığını və Vətən müharibəsində iştirak etdiyini söyləyib. Qazinin sözlərindən sonra tamaşaçılar və münsiflər ayağa qalxaraq onu alqışlayıb.
B. Dadaşovanın əyləşməyə davam etməsi sosial şəbəkələrdə müzakirə doğurub. Hər kəs müğənninin bu addımını tənqid edib.
Murad isə T. Ağayevanı seçib.
Qeyd edək ki, qazimiz Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib.