“Qısqanclıq ciddi sevgidən irəli gəlir. Bunun digər versiyası da var. Məsələn, bir adamı “qırmaq” üçün də onu sıxmaq lazımdır. Fikirləşirsən ki, başqa cür alınmayacaq, başlayırsan, hər detalı yoxlamağa, üstünə gedirsən”.
OLAY yazır ki, bu sözləri “Söhbət var” verilişində aktyor Elcan Rəsulov deyib. O, söyləyib ki, bir müddət telefonu onu sevən şəxs tərəfindən izlənib:
“Mənim telefonlarımı 6 ay bir adam özünə köçürmüşdü. Yazışmalarımı və sairəni oxuyurdu. O adama heyran olmuşdum ki, bu məsələyə necə dözür. Sevdiyim adam deyildi, amma məni sevirdi. Bu günə qədər heç kimə deməmişəm, səni sevirəm. Bu ifadədən istifadə etməmişəm. Fikirləşmişəm ki, nə vaxtsa, deyərəm. Çünki bu çox vacib məqamdır. Hələ ki başım açılmayıb, sənətimi sevirəm, salıb məni dalınca avara-avara yerlərə aparır”.