Əməkdar artist Cavanşir Məmmədov plastik əməliyyat etdirib.
OLAY yazır ki, bu barədə “Bizimləsən” proqramında məlumat verilib. Müğənni özü prosedurdan sonra verilişdə qonaq olub:
“Efirdən demişdim ki, gözümün altı sallanır, xoşuma gəlmir, əməliyyat etdirəcəm. Gözaltımdakı problem narkozsuz prosedurla aradan qaldırıldı. Həmin gün də evə buraxıldım. Saç düzümünüz iki-üç aydan bir dəyişilir.
Qəşəng görünməlisiz, sizi sevib, bəyənirlər. Müsəlman ölkələrində bir ağ saçlı adam göstərin. Saçına rəng qoyur, pis iş görür? Pis iş görmək başqa şeydir. Saça rəng qoyur, yaxşı edir. Bu dərmanı niyə istehsal edirlər, kosmetoloji mərkəzlər nə üçün yaranır?”.