Əməkdar artist Elza Seyidcahanın anası Seyidcahan Əhmədova canlı efirdə əsəbiləşərək özündən çıxıb.
OLAY yazır ki, hadisə “Zaurla Günaydın” verilişində baş verib.
Belə ki, Zaur Elzanın evində çəkiliş edən vaxt, qarmonu əlinə almaq istəyəndə musiqi aləti qırılıb.
Canlı bağlantı ilə onları studiyadan izləyən digər qonaqlar – Xatun Əliyeva, Vasif Məhərrəmli, Nüşabə Ələsgərli və Coşqun Rəhimov gülməyə başlayıb.
Seyidcahan qarmonun əvvəldən sınıq olduğunu qeyd edib. Daha sonra müğənninin anası zəng edərək Zaurla danışıb.
“O qarmon mənim nənəmindir. Elza köhnə əşyaları çox sevir. Onu düzəltdirəcək, hələ vaxtı olmayıb. Görürəm, sənin evində Xatungil gülür. Onlara de ki, hər şeyə gülməsinlər. Xatungil güldü, mənim heç xoşuma gəlmədi”, - deyə, S. Əhmədova bildirib.