Müğənni Nura Suri dəstək olduğu ifaçılardan gileylənib.
OLAY yazır ki, bu haqda sənətçi “Xəbər-ətər” verilişinə qonaq olarkən danışıb.
Nura bildirib ki, dəstək olduqlarının biri də efirdə onun adını çəkməyib:
“Mən özümə söz vermişəm ki, heç bir müsahibədə, proqramda heç bir müğənninin adını çəkməyəcəm. İstər gənc olsun, dəstək olmaq istədiyim olsun… Həmişə nə qədər adlar çəkmişəm. Amma onlar bunu dəstək kimi görmürlər. Səhnəyə gəlməyində, mediaya çıxmağında kömək olduğum nə qədər gənc ifaçılar var, kişi-qadın fərqi yoxdur, hələ ki biri də adımı çəkməyib. Deyiblər də, efirə verilməyib, kəsib adımı çıxarıblar. Ondan sonra söz vermişəm ki, mənə yox, məndən də yox. Əgər mənə qarşı bu münasibəti görmürəmsə, mən deyəndə başqa cür çıxır. Sanki kiminsə adını çəkib nəsə qazanmaq kimi. Ona görə heç kimin adını çəkməyəcəm, kimsə məndən inciməsin”.