Əməkdar artist Elza Seyidcahan avtomobilinin cərimə medançasına aparılmasından danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “MTV maqazin” verilişinə müsahibəsində deyib.
Seyidcahan bildirib ki, bilsəydim, maşınımı çoxdan cərimə meydançasına lap özüm qoyardım, canım rahatlıq tapıb:
“Əksinə istirahət edirəm. Maşın sürmək məsuliyyətdir. Taksi səni aparıb rahat mənzil başında düşürür. Həm də mən taksi sürücülərinə ödəniş edəndə onlar məndən pul almaq istəmir. Deyirlər ki, Elza xanım, bizim üçün şərəfdir ki, siz bizim avtomobilimizə minmisiniz. Hər zaman mənə deyirlər ki, qonaq olun”.