Aparıcı Samir Bayramlı “Uber” taksi şirkətindən şikayətlənib.
OLAY yazır ki, bu barədə o, təqdim etdiyi “Səhərin səsi” verilişində danışıb.
Samir qeyd edib ki, sürücü ilə yaşadığı problemlə bağlı şirkətin əlaqə nömrələrinə müraciət etsə də, ona geri dönüş olunmayıb:
“Bəzi məqamlarda prinsipialam, çünki hörmətsizlik məsələsi var. Üzərində rəsmi adları yazılan taksi sürücüsünün etdiyi əmələ görə onları axtarıram. Sürücünün nömrəsinə qədər var. Onun etdiyi əmələ görə problem də yaşamışam. Heç bir geri dönüş olmadı. Ümumiyyətlə, bu, dünyada belədir, işçi götürəndə onun psixoloji vəziyyəti yoxlanılmalıdır... Ola bilər, işçiləriniz sizə çatdırmayıb, buradan da müraciət edirəm. Əgər yenə də geri dönüş olunmasa, yəqin ki, necəsə görüşəcəyik”.