Meyxanaçı Namiq Məna oğlu Mənanın bir ay əvvəl əməliyyat olunduğunu açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Xəzər axşamı” proqramında danışıb. Söz ustadı deyib ki, övladının beynində şiş aşkarlanıb:
“Bir ay əvvəl stress keçirdim, Məna əməliyyat olundu. Epilepsiya keçirdi, MRT etdirdik, gördük ki, başında problem var. Xoş xassəli şiş aşkarlandı. Mən istəyirdim ki, xarici ölkəyə aparım, amma ehtiyac olmadı, endoskopik metodla burundan daxil olaraq beyindəki şişi aradan götürdülər. İndi yaxşıdır. Deyildi ki, telefon və kompüterlə çox oynamaqdan, radiasiyadan əmələ gəlib”.