Uzun müddətdir efirlərdən uzaq olan Xalq artisti Ofeliya Sənanidən xəbər var.
OLAY yazır ki, “Günaydın, Azərbaycan” komandası sənətçinin evində qonaq olub. Sənani evdə tək yaşadığını bildirib:
“Tək qalıram, pişiklərimlə yaşayıram. Nəvələrim də, nəticələrim də var. Amma onlara mane olmaq istəmirəm. Evdə oturmaq darıxdırıcı olmur. Mən səsyazmalara gedirəm, uşaqlar üçün nağıllar oxuyuram. Çünki uşaqları çox sevirəm, onlar üçün ürəkdən səsləndirirəm. Həftənin birinci günü 5-6 səsyazmanı edirəm, sonra da qulaq asıram. Televiziya izləyirəm, 4 televizorum var”.