“Mən yaşayıram ki, övladım da yaşasın. Ola bilsin ki, dünyadan köçəndən sonra övladım yaddan çıxacaq. İnsan özü gedir. Amma, ruhlar gedmir, bizimlədir, yaşayır”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Günün sədası” proqramında qonaq olarkən deyib. Sənətçi ürək çatışmazlığından vəfat edən oğlu Əli Quliyev haqqında danışarkən bunları deyib:
“Demək olar ki, hər gün yuxuma girirdi. Onunla təsəlli tapırdım, heç nə olmamış kimi söhbət edirdim. O, hər zaman mənim üçün var olacaq. Bundan sonra çalışacağam ki, Əlinin mənə verdiyi nəsihətləri əməl edim. Əmiləri, əmi uşaqları, atası gənc yaşlarında ürəktutmadan dünyasını dəyişib. Genetika öz təsiri göstərib. Bir dəfə də olsun deməmişdi ki, ürəyim ağrıyır”.