Müğənni Mətanət Əsədova mərhum klarnet ifaçısı Zahid Sabirabadlının dünyasını dəyişməsindən sonra yaşadığı kədərdən danışıb.
OLAY yazır ki, bu haqda sənətçi “Günün sədası” verilişində söz açıb.
“Zahid Sabirabadlı dünyasını dəyişəndə mən 3-4 ay ancaq qaranlıq otaqda oturub, ona qulaq asaraq ağlayırdım. Deyirdilər, Mətanət belə olmaz, başına hava gələcək, belə etmə, sən havalanacaqsan… Allah ona rəhmət etsin”, - deyə, Mətanət qeyd edib.
Xatırladaq ki, Z. Sabirabadlı 2018-ci ildə qəfildən həyatını itirib.