Xəstəxanaya yerləşdirilən Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağır-stabildir.
OLAY yazır ki, bu haqda qarmon ifaçısının qızı Həcər xanım “Xəzər axşamı” verilişinə telefon zəngi ilə qoşularaq açıqlama edib.
“Hazırda tam olaraq diaqnoz qoyulmayıb. Çünki çox problemlər var. Ümidimiz Allahadır. Reanimasiyadadır, bizə onun yanına getməyə icazə verilmir. Nəzarət altındadır, inşallah, hər şey yaxşı olar”, - deyə, o bildirib.
Sənətçinin qızı atasının müalicəsini Birinci xanım Mehriban Əliyevanın şəxsən nəzarətə götürdüyünü də qeyd edib.