Bir müddət əvvəl qalmaqal yaşayan müğənni Xatirə İslam və aparıcı Kazım Sübhan bir araya gəlib.
OLAY yazır ki, Xatirə Kazımın “Özəl” proqramında qonaq olub. O, özü “Mən peşəkar insanları çox sevirəm. Dediyini etdin də” sözləri ilə sözügedən məsələyə toxunub.
Sübhan da ona “Bizim instaqramdakı kiçik mübahisəmiz böyük səs-küyə səbəb olmuşdu. Əslində mən sizə “əzizim” deyə müraciət etmişdim”, cavabını verib. Xatirə “İnan, yadımda deyil ki, söhbət nədən gedir. Aparıcılar, jurnalistlər yaxud da bu cameadan insanlarla mübahisəm olanda yadımda saxlamıram. Çünki bacım-qardaşımla da eyni hallar yaşanır”, - deyə, vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə Kazım video paylaşaraq efirlərdən qonorar tələb edən müğənniləri tənqid etmiş, Xatirənin də adını çəkmişdi. İfaçı isə “Kazım, bu nə sözlərdir danışmısan? Deyirsən ki, vaxtında televiziyalar vasitəsi ilə tanınan sənətçilər bu gün efirə havayı gəlməlidir. Kazım, sən də televiziya vasitəsilə tanınmısan. Özü də bizdən fərqli olaraq pul xərcləmədən. Bu gün televiziyadan pul, maaş almırsan? Çəkini bilmirəm, amma 55 kiloqramdan ağır olmazsan. Sənin çəkin ağırlığında televiziyalara pul vermişəm ki, bu gün efirə gedəndə qonorar alım” sözlərini post kimi paylaşmışdı.