“Allah heç bir anaya övlad dağı göstərməsin. Biz şou-biznesə qatılsaq, deyib-gülsək də, anamın dərdi dərddir”.
OLAY yazır ki, bu sözləri müğənni Xatun Əliyeva “Zaurla Günaydın” verilişində deyib. Sənətçi mərhum qardaşı, stilist Balaşdan danışaraq kövrəlib:
“Biri görürsən ki, səni düz başa düşür, biri isə elə yerdə qınayır ki, heç nə deyə bilmirsən. Heç kim heç kimi qınamasın…
Balaş üstünə çox yük götürdü. Biz də rahat olmuşduq ki, Balaş hər şeyi edəcək. İndi saçımı düzətməyə yer də tapmıram. Qabaq mənim üçün salon açılırdı, səhət tezdən xadimələr gəlirdi. Bunların hamısını qardaşım edirdi. Təsəvvür edə bilmirəm ki, hansısa müğənni üçün bunlar olunur”.
Qeyd edək ki, Balaş Əliyev ötən il beyin xərçəngindən vəfat edib.