“Təsir dairəsi” proqramının dünənki buraxılışında yaranan qalmaqalın pərdəarxası ortaya çıxıb.
OLAY yazır ki, sözügedən layihənin reklam fasiləsi zamanı lentə alınan görüntülər Xəzər TV-nin efirində təqdim edilib. Kadrlardan görünür ki, vəkil Şəfiqə Nağıyeva ilə şair Anar Vəziroğlu arasında böyük gərginlik yaranıb.
Bir-biri ilə mübahisə edən iki şəxs təhqiredici ifadələr səsləndirib. Bu zaman Ş. Nağıyeva stəkandakı suyu Vəziroğlunun üstünə atıb. Daha sonra tərəflər arasında dava böyüyüb.
Canlı efirdə isə qalmaqal davam edib, şair vəkilin etdiyi hərəkəti təkrarlamaq istəsə də, ekspertlər tərəfindən bunun qarşısı alınıb.