“Bilirəm, heç vecinizə də deyil. Üç gündür efirə 38 qızdırmayla çıxıram. Başım gicəllənir, yıxılmamaq üçün min hoqqadan çıxıram”.
OLAY yazır ki, bu sözləri “Space səhər” verilişinin aparıcısı Turan İbrahimov sosial şəbəkə hesabında bildirib. O, fikirlərinə belə davam edib:
“Efirə qayıt, efirə qayıt deyib qaz vermək asan idi. İndi mən zülm çəkəndə xor-xor yatışırsız”.