Aparıcı Kamilə Babayeva “Səhərin səsi” verilişində qonaq olub.
OLAY yazır ki, sənətçi gənc aparıcılarla bağlı fikirlərini bildirib:
“Mənə nəyə görə söz demirəm və susmaq hüququmu qoruyuram? Çünki sözü anlayana deyirsən. Sözün anlaşılmayacaqsa, eşidilməyəcəksə, duyulmayacaqsa, orada artıq sənin sözlərin tamamilə gücdən düşür və sən haqlı olaraq haqsız vəziyyətə qalırsan. Bu halda mən susmağa üstünlük verirəm. Bəzən müəyyən aparıcılardan elə aqressiv şəkildə gənclərə münasibət görürəm ki... Ola bilsin pisdir, bilmir, ola bilsin bizim kimi öyrədəni olmayıb, o, gəlib, vücud olaraq, görüntü olaraq, danışıq olaraq bəyənilib.
Ona deyilib ki, sən bu verilişi aparmalısan. Axı, bu uşaq bilmir necə aparmalıdır onu. Öyrətmirlər, mən onu öyrətmirəmsə, nə ixtiyarım var ki, o uşağa deyim pis aparıcısan? Mən nə vermişəm ki, ona nə də alım? Əgər ona heç nə verməmişəmsə, dilimi uzun eləməyə haqqım yoxdur. Belə yaxşı insansan, belə gözəl qəlbin var, belə istəyirsən ki, efirində gözəl aparıcılar olsun, bir məktəb aç, efirə baxdın, efirdən sonra zəng elə və denən ki, əzizim, mən verilişinə baxdım, orada bu sözü belə desən daha yaxşı olar. Bunu heç vaxt etməmişəm.
Uzun illər öncə etmişəm, son zamanlar televiziyalarda verilişləri izləməyə vaxtım yoxdur. Saytlardan görürəm, o qısa parçanı isə mən bilmirəm reytinq üçün o şəkildə qoyublar, ya o səhv o aparıcıda var. Bilmədiyim təqdirdə irad bildirməyə haqqım yoxdur. O zaman deyərəm ki, səmimi şəkildə fikrimi bildirsəm, bir də o səhvi görsəm, deyəcəm ki, mən bu uşağa dedim, amma xeyri olmadı”.