Rejissor Kənan Mahmudov (MM) artıq klip çəkilişlərindən imtina etdiyini açıqlayıb.
OLAY yazır ki, bu haqda o, “MTV xəbər”ə müsahibəsində deyib.
Kənan qeyd edib ki, onu alacağı qonorar belə maraqlandırmır.
“Düşünürəm ki, klip artıq heç kimə lazım deyil. Sifarişlər var, ancaq mən o mərhələni keçdiyim üçün qayıtmaq istəmirəm, əsəblərim dözmür. İndiki seriallara gəldikdə isə keyfiyyətlə reytinqi bir arada tutmaq çox çətindir. Ya keyfiyyət axasınca düşməlisən, ya da reytinq. Çünki ayrı-ayrı kütlələr izləyir”, - deyə, rejissor vurğulayıb.