Aparıcı Zaur Kamal onu polisə şikayət edən Xalq artisti Könül Xasıyeva barədə danışıb.
OLAY yazır ki, bu haqda o, “Həmin Zaur” verilişində söz açıb. Z. Kamal bildirib ki, onlar aralarında olan məsələni həll ediblər və küsülülük yoxdur:
“Dəfələrlə Könül xanımla bu barədə danışdıq. Bu gün Xalq artistimizlə görüşüb söhbətləşdik. Efirimizdə qonaq olmuşdu, sual məsələsi var idi. Hər şeyə aydınlıq gətirdim, qucaqlaşıb, öpüşdük. Bizim illərdir ana-bala münasibətimiz var. Həmişə onun yanında olmuşam. Üzrxahlıq da etdim. Bu məsələ bitib, başqa don geyindirmək lazım deyil. O, bizim canlı əfsanəmizdir”.
Qeyd edək ki, Bakupost-un xəbərinə görə, Xasıyeva Zaurun elə həmin verilişdə onun valideynləri haqda söylədiyi fikirləri əsas götürərək bir il sonra aparıcını polisə şikayət edib.
Onu da bildirək ki, Z.Kamal OLAY-a açıqlamasında məsələni təsdiq etmiş və bu sözləri söyləmişdi:
“Burada mənim günahım yoxdur. Bakupost-a istinadən sual verdim, həmin verilişdən sonra iki dəfə efirimizə gəlib. Üstündən bir il keçəndən sonra bu məsələ ilə bağlı polisə müraciət edib. Bunun da səbəbi nədir, Könül xanımın fikri nədir, bilmirəm. Demişdim ki, efirdə 10 dəqiqə gecikmə var, narazı olsanız, kəsərik. Heç nə etməyib, sonra da bu səbəblə üstümüzə gəlib. Polis məsələni aydınlaşdırır. Sual vermişəm, cavab almışam. Bir ildən sonra niyə müraciət edib, başa düşə bilmirəm”.